Şirkət haqqında
Hörmətli
Cənablar və Xanımlar. Saytımıza daxil olduğunuz
üçün təşəkkür edirik. Və
əgər bizə tərəf gəlməkdə
məqsədiniz təmir etdiyiniz evə, dükana,
ofisə müasir və analoqu olmayan dizayn verməkdirsə,
onda şübhəsiz ki, doğru seçim etmisiniz.
Rotor LLC şirkəti 1998-ci ildə Azərbaycanda
tikinti materiallarının idxalçısı və
topdan/pərakəndə satıcısı kimi fəaliyyətə
başlamışdır. Geniş çeşiddə
təqdim olunan mallar sırasından siz asanlıqla
züvqünüzə uyğun laminat parket, plintus
və profil, divar panelləri və divar kağızları
tapa biləcəksiniz.
Bu gün Rotor LLC şirkəti
dünyada tanınmış bir neçə keramika, divar kağızları
və laminat parket istehsalçıların distribütorudur,
o cümlədən KRONOPOL (POLŞA), RAKO (ÇEX RESPUBLİKASI), VAVEX (ÇEX RESPUBLİKASI), MASTER (ÇİN), MODEMA (TÜRKİYƏ), ERSİN (TÜRKİYƏ),
RASCH (ALMANİYA), ZAMBAİTİ PARATİ (İTALİYA), EMİLİANA PARATİ (İTALİYA),
ORCHİD WALLCOVERİNGS (ÇİNA). Adı cəkilən şirkətlərin
hər biri öz sahəsində əvəzolunmaz
yerə malikdir, ən son dizayn ideyalarından bəhrələnərək
və ən yeni texnoloqiyalardan istifadə edərək
liderlər sırasına cıxaraq keyfiyyətli mal
istehsalcısı və etibarlı partner adını
qazanmışlar.
Və bu gün Azərbaycanda laminat
parket və divar kağızları bazarını
Rotor LLC şirkətinin təqdim etdiyi ticarət markalarısız
təsəvvür etmək çətindir. Dükanlarımızda
istənilən yerə və zövqə uyğun
laminat parket, istər mətbəx, uşaq, qonaq otağı,
yaxud ofis üçün klassik və modern divar kağızları
tapmaq münkündür.
Rotor LLC şirkəti fəaliyyətə
başladığı gündən müştərilərinə
malların satışında yüksək servis və
professionalizm nümaiş etdirərək, təqdim
etdiyi mallara zəmanət verərək tezliklə
bazarda özünə məxsus yer tutmuşdur. Satış
menecerlərimiz müştərilərimizin arzu və
istəklərini nəzərə alaraq, hər birinə
individual yanaşma göstərərək onlara ən
doğru seçim etməyə yardım edirlər.
Məs belə yanaşmanın nəticəsidir ki,
əksər hallarda bizdən bir dəfə mal alan
sonralar daimi müştərimizə çevrilir.
Sizi də daimi müştərilər sırasında
görmək arzusu ilə şirkətimizlə yaxından
tanış olmaq üçün saytımızın
növbəti səhifələrinə dəvət
edirik.
|